Modern.az

Müdafiə sənayemizin 80 faizindən çoxu yerli istehsaldır - Yaşar Gülər

Müdafiə sənayemizin 80 faizindən çoxu yerli istehsaldır - Yaşar Gülər

Aktual

22 Mart 2024, 14:35

Türkiyənin müdafiə sənayesinin 80 faizindən çoxu yerli istehsaldır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bayburt şəhərində gənclərlə görüşündə deyib.

 

O bildirib ki, xüsusilə Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi olan KAAN-nın uğurlu olacağına əsl dostlar istisna olmaqla kimsə inanmırdı: “Amma təyyarəmiz ilk uçuşunu artıq həyata keçirdi və təhlükəsiz şəkildə yerə endi”.

 

Y.Gülər, həmçinin söyləyib ki, Türkiyə üçün risk və təhlükə həmişə var: “Heç vaxt bunu unutmamalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı