Martın 22-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, yığma komanda “Azərsun Arena”da İngiltərə ilə üz-üzə gəlib. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra 15 xalı olan İngiltərə millisi ikinci pillədə yer alıb. Azərbaycan yığması isə 3 xalla qrup sonuncusudur.
Qeyd edək ki, yığmamız növbəti matçını martın 26-da Ukraynaya qarşı keçirəcək.