“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə o instaqram hesabında yazıb.
“Crocus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov bildirib.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.