Modern.az

Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTO

Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər - FOTO

Aktual

23 Mart 2024, 12:10

Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.

 

Modern.az xəbər verir ki, insanlar martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanları yad edirlər, onların yaxınlarına dəstək olduqlarını nümayiş etdirirlər.

 

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal