Modern.az

“Andiçmə dəbdəbəli saraylarla ölçülmür”

“Andiçmə dəbdəbəli saraylarla ölçülmür”

Parlament

19 Oktyabr 2013, 16:14

“Heç şübhəsiz ki, ölkəmizin tarixi və onun gələcəyi üçün çox önəmli bir hadisə baş verdi. Xalqın iradəsi Konstitusiya Məhkəməsində təsdiqlənəndən sonra ölkə başçısı öz səlahiyyəltərinin icrasına başladı”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. ”Millətimizə və xalqımıza yönəlik içilən and və verilən mesajlar çox böyük dəyərə malikdir. Bu, millətimizin sabahı, güclü və qüdrətli Azərbaycanın formalaşması üçün mühüm əhəmiyyət daşıyacaq”.

Deputat qeyd edib ki, inauqurasiya mərasimlərinin keçirilməsinin dəqiq, sistemləşdirilmiş protokolu yoxdur.

”Hər bir ölkə bunu özünəməxsus qaydada keçirir və yaxud bir sıra hallarda dövlət rəhbərlərinin seçimi ilə müəyyənləşir. Bəzən ayrı-ayrı ölkələrdə mərasimin özü də ciddi bir siyasi polemika mövzusudur. Hətta Rusiyada, yaxud ABŞ-da, o cümlədən Avropa ölkələrində inauqurasiya mərasimlərinə çəkilən xərclər və sərf olunan milyonların özünə belə, vətəndaşlardan və yaxud müxtəlif siyasi dairələrdən kəskin reaskiyalar bildirilir.
Ölkə rəhbərini xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kimi onun təvazükarlığı, sadəliyi və hədsiz mehribanlığıdir ki, bugünkü mərasimdə özünü qabarıq şəkildə nümayiş etdirdi. Zənn edirəm ki, məhz buna görə də cənab prezident çox açıq şəkildə dövlət, hökümət orqanları və bütün vəzifə tutanlar, eləcə də parlament hakimiyyəti üçün yaxşı simvoldur və nümunədir. İkinci tərəfdən burada xarici qonaqlarla bağlı sərt tələb yoxdur ki, kimsə bunu hansı səviyyədə, ayrı-ayrı ölkələrin dövlət başçılarını, yaxud mühüm vəzifə sahiblərini, o cümlədən ölkədə akreditasiya olunmuş səfirlikləri dəvət etməlidir, yoxsa yox. Bu da özəl olaraq qalib şəxsin fikrindən asılıdır”.

Z.Orucun fikrincə, hər bir rəhbərin, birinci şəxsin andiçmə mərasimi onun xalqa sədaqətlə növbəti dövrdə xidməti ilə müəyyənləşir.
“Bu əlamətdar hadisəni yaddaqlan edən, onu daha artıq tutumlu bir mərasimə çevirən bahalı salonlar, yaxud da açıq meydanlar, titullu qonaqlar deyil. Vacib olanı xalqın gözləntilərini ardıcıl, mərhələ ilə keçəkləşdirməkdir. Bu mənada hesab edirəm ki, cənab prezidentin tutumlu və proqram xarakterli çıxışında -  hər kəs onu axşam dinləyəndə əmin olacaq - çox uzaqgedən açıqlamalar verildi. Düşmən Ermənistana münasibətdə əvvəlki nitqindən də daha kəskin fikirlər səsləndi ki, Ermənistan rəhbərliyi hansı addımlar atmalıdır. Ölkənin sosial-iqtisadi gələcəyi, o cümlədən xarici əlaqələri, Azərbaycanın dövlət idarəçilərinin keyfiyyətləri, xalqa münasibətlər, vətəndaş-məmur əlaqələri və s. ilə bağlı fikir səsləndi. Hesab edirəm ki, 19 oktyabr tarixi millətimizin gələcəyi üçün yaddaqalan və mühüm hadisə olacaqdır. Buna görə kimlərinsə “niyə məhz parlamentdə keçirildi” kimi sualları təxminən o deməkdir ki, “nə üçün böyük dəbdəbə nümayiş olunmayıb? Həddindən artıq dövlət məsrəflərinə yol verilməyib?”. Təxminən o sualları belə sadalamaq olar”.

Z.Oruc bildirib ki, parlament mühüm hakimiyyət qoludur. Dövlət başçısının prezidentlə qanunverici orqan arasında yaxşı bir əməkdaşlıq göstərməsi çox təqdirəlayiq hadisədir.

“30-dan artıq ölkədə prezidentlər məhz apartamentdə and içir. Hesab edirəm ki, bu prosesi belə də sadələşdirməklə ölkə rəhbəri gələcək dönəmdə siyasətində hər zaman dəyişiklikləri və yenilikləri həyata keçirəcəyini göstərmiş oldu”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...