Modern.az

Hərbçilərimizin Pakistanda iştirak etdiyi paraddan VİDEO

Hərbçilərimizin Pakistanda iştirak etdiyi paraddan VİDEO

Aktual

23 Mart 2024, 13:06

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində martın 23-də Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

 

Modern.az-a Müdafiə Nazirliyindən verilən məlumata əsasən, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı