Modern.az

Sabunçunun bir hissəsi susuz qaldı

Sabunçunun bir hissəsi susuz qaldı

23 Mart 2024, 14:12

Bu gün Bakının Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı