Modern.az

Brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Brakonyerliklə məşğul olan şəxs saxlanıldı

23 Mart 2024, 15:14

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

 

Həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı