Modern.az

YAP-çı deputat andiçmədən DANIŞDI: “İnauqurasiya tələsik keçirilməyib”

YAP-çı deputat andiçmədən DANIŞDI: “İnauqurasiya tələsik keçirilməyib”

Parlament

19 Oktyabr 2013, 16:42

“Seçkilərdə şikayətlər həddindən artıq az olduğuna görə və seçkinin legitimliyi heç bir şübhə doğurmadığına görə, MSK işinə vaxtından tez yekun vurdu. Konstitutsiya Məhkəməsinin nəticələrinin təsdiqləməsindən sonra mərasimin uzadılmasının heç bir lüzum yox idi. Qanunvericiliyə uyğun bütün prosedurlar keçirildikdən sonra inauqurasiya mərasimi təşkil olundu”.

Bu sözləri Modern.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətin prezident İlham Əliyevin andiçmə mərasiminin xəbərdarlıq edilmədən keçirilməsi ilə bağlı iddialarını şərh edərkən bildirib.  

YAP-çı deputat Azərbaycan müxalifətini andiçmə prosesi ətrafında şayiə yaymaqda ittiham edib. “Azərbaycanın radikal müxalifəti siyasətin məğzini bilmədiyi kimi, dövlətin idarəolunma prinsiplərini də bilmir. Müxalifətin inauqurasiya məsələlərinə münasibət bildirməsi onların dövlətçilik təfəkkürünün zəif olması ilə bağlıdır”.

Deputat qeyd edib ki, Azərbaycan qanunvericiliyində seçkidən sonraya qədər bütün prosedurlar göstərilib.
“MSK seçkiyə yekun vurduqdan sonra sənədləri Konstitutsiya Məhkəməsinə göndərir. O, 4 gün ərzində yekun qərar verməlidir və bundan sonra 3 gün ərzində inauqurasiya keçirilməlidir”-deyən Aydın Mirzəzadə seçkilərdə şikayətin olamması səbəbindən bəzi prosedurların vaxtından tez başa çatdığını bildirib.  Deputat iddiaları əssasız sayaraq, andiçmə mərasiminin qanunda göstərilən müddətdə keçirildiyini deyib.

     
Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...