Modern.az

Muxtar Babayev iqlim məsələləri üzrə dünya liderləri ilə görüşdü

Muxtar Babayev iqlim məsələləri üzrə dünya liderləri ilə görüşdü

Aktual

23 Mart 2024, 16:14

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) sədri Muxtar Babayev Kopenhagendə (Danimarka) ətraf mühit nazirlərinin iclasında iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkə hesabında məlumat verilib.

 

Bildirilir ki, M.Babayev Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorgensen, Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart da daxil olmaqla qlobal iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.

 

Müzakirələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), iqlim maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma, itkilər, zərərlər və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına yönəldilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı