Modern.az

Terrorçuların milliyyəti, vətəni və dini olmur - Prezident

Terrorçuların milliyyəti, vətəni və dini olmur - Prezident

Aktual

24 Mart 2024, 14:57

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, Tacikistan Prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.

 

Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı