Modern.az

Ermənistanda kütləvi həbslər - 49 nəfər saxlanıldı

Ermənistanda kütləvi həbslər - 49 nəfər saxlanıldı

Aktual

24 Mart 2024, 14:44

Ermənistanda qanunsuz olaraq silah və sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib.

 

***

13:42

 

Ermənistanda qanunsuz silah və sursat saxlamağa görə 24 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib.

 

Onun sözlərinə görə, saxlanılanları polis bölməsinə aparıblar.

 

Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir.

 

“Döyüş Qardaşlığı”nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb.

 

Bildirilir ki, “Qardaşlar”ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib.

 

Təşkilat sosial şəbəkələrdə yazır ki, hüquq-mühafizə orqanları qanunsuz silah gəzdirməklə bağlı ittiham qaldırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı