Modern.az

"Crocus"dakı terror aktının TƏFƏRRÜATLARI

Aktual

24 Mart 2024, 15:37

"Crocus City Hall"da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “112” Telegram kanalı yayıb.

 

Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.

 

"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.

 

Bundan əvvəl “Crocus”un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı