Modern.az

Abşeronda yük maşını qaçırıldı

Abşeronda yük maşını qaçırıldı

Hadisə

27 Mart 2024, 11:00

Abşeronda maşın qaçırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səyyad Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU