Modern.az

Gəncədə itkin düşən qız Bakıda tapıldı

Gəncədə itkin düşən qız Bakıda tapıldı

Aktual

27 Mart 2024, 23:44

Bir ay öncə yaşadığı evdən çıxaraq itkin düşən 18 yaşlı qız tapılıb.

 

Modern.az xəbər verir ki, polis əməkdaşlarının axtarışları nəticəsində fevralın 7-dən itkin düşmüş Gəncə şəhər sakini 2006-cı il təvəllüdlü İlahə Xaliq qızı Cavadovanın Bakı şəhərində olduğu müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

 

İ. Cavadova Bakı şəhərində çalışacağı adla evdən çıxıb və yaxınları ondan məlumat almadıqları üçün polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı