Modern.az

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Aktual

28 Mart 2024, 09:51

Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 250, o cümlədən borclu şəxs qismində axtarışda olan 207 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı