Modern.az

Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi 

Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi 

Aktual

28 Mart 2024, 21:58

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

 

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

 

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil