Modern.az

Şirvanda narkokuryer SAXLANILDI

Şirvanda narkokuryer SAXLANILDI

Aktual

29 Mart 2024, 08:34

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib.

 

Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil