Modern.az

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olunub

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olunub

Təhsil

29 Mart 2024, 14:28

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin məzunu Qəndab Məmmədova ABŞ-ın Harvard Universitetinə qəbul olunub.

Modern.az-ın məlumatına görə, bu barədə 279 nömrəli məktəb məlumat yayıb.
 

“Qəndabın bu uğurunda əməyi, zəhməti olan bütün pedaqoji heyətə təşəkkür edirik!”, - deyə məktəbin məlumatında bildirilib.

Qeyd edək ki, Q. Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Rice Universitetində təşkil edilən olimpiadada isə 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!