Modern.az

"Tək şuşalılar yox, 30 ildir ki, bütün Azərbaycan Qarabağlıdır” - VİDEO

Aktual

1 Aprel 2024, 12:16

“Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq. Təbrik edirəm, tək şuşalılar yox, 30 ildir ki, bütün Azərbaycan Qarabağlıdır”.


Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan kino aktyoru, Xalq artisti Şamil Süleymanlı deyib.

 

Ən böyük arzusunun Şuşada film çəkilməsinin olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini xüsusi olaraq bildirib.

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

 

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal