Modern.az

Türkiyədə yaşayan azərbaycanlı jurnalist ana oldu - FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı jurnalist ana oldu - FOTOLAR

22 Oktyabr 2013, 10:21

2006-cı ildə Türkiyə vətəndaşı ilə ailə qurmuş tanınmış azərbaycanlı jurnalist Ayşə Kərimova nəhayət bu günlərdə ana olub. Modern.az-ın məlumatına görə, Onun qızı dünyaya gəlib.

Ayşə Kərimova ailə qurduqdan sonra 2006-cı ildə İstanbula köçüb və hazırda da orada yaşayır. Jurnalist kimi “Yeni Müsavat” qəzetində jurnalist fəaliyyətinə başlayan A.Kərimova sonralar “7 Gün” və “İmpuls” qəzetlərində çalışıb.  Televiziya jurnalistikasına “İnternyus”un hazırladığı və ANS-də yayımlanan “Güzgü”proqramıyla başlayıb. 1999-cu ildən etibarən  “Space” telekanalında fəaliyyətə başlayıb və Gənclər departamenti nəzdində efirə çıxan 30-dan çox TV layihəsinin altında imzası durur. Ən populyar layihələri, müəllifi və aparıcısı olduğu “Çardaq”(gənclər üçün proqram), “Açıq qapı” (içtimai-sosial tok-şou), “Qadın saatı” (gender proqramı) idi. İREX-in  Regional Televiziyaların inkişafı layihəsi çərçivəsində istehsal etdiyi “Kəsişmə Nöqtəsi” proqramı da onun həyata keçirdiyi layihələrə daxildir.  
Ötən il isə “Xəzər” telekanalı ilə əməkdaşlıq edərək bu TV-də veriliş aparıcısı olub.
Ayşə Kərimovanın həyat yoldaşı Doğaner Gönen də jurnalistdir, “Hürriyet”qəzetində yazı işləri müdiridir.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi