Modern.az

Zahid Oruc parlamentdə 1-ci sırada tək oturdu

Zahid Oruc parlamentdə 1-ci sırada tək oturdu

Parlament

22 Oktyabr 2013, 12:16

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az saytının xəbərinə görə, parlamentin payız sessiyasının ikinci iclasına prezidentliyə namizəd olmuş deputatlar da qatılıb. Artıq öz işinə başlayan iclasda diqqət çəkən məqamlardam biri prezidentliyə namizəd olmuş deputat Zahid Orucun parlament zalında harada oturması olub.
Belə ki, Zahid Oruc prezidentliyə namizədliyini verdiyi üçün bir müddət öncə Ana Vətən Partiyasının sədr müavinliyindən çıxarılmışdı. O, Milli Məclisdə AVP-nin sədri Fəzail Ağamalı ilə yanaşı əyləşirdi. Bundan sonra Zahid Orucun əvvəlki yerində, deputat Fəzail Ağamalının yanında oturub-oturmayacağı maraq doğururdu.

Fəzail Ağamalının yanına qayıtmayan Zahid Oruc bugünkü iclasda parlamentin iclas zalında birinci sırada tək oturub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...