Modern.az

Milli Məclis prezidentə təbrik məktubu GÖNDƏRDİ

Milli Məclis prezidentə təbrik məktubu GÖNDƏRDİ

Parlament

22 Oktyabr 2013, 12:24

“Prezidentin andiçməsinin Milli Məclisdə keçirilməsi böyük hadisədir və bu münasibətilə hamınızı təbrik edirəm”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri  Oqtay Əsədov bu günkü iclası açarkən bildirib.

“Ölkəmizdə böyük hadisə baş verib. 9 oktyabrda prezident seçkiləri keçirildi və xalq öz gələcəyinə səs verdi. Xalq İlham Əliyevi prezident seçdi. Bu münasibətlə sizləri və xalqı təbrik edirəm”-deyə spiker bildirib. Milli Məclis deputtaları prezidentə parlament adından təbrik məktubu göndərmək barədə qərar verib. O. Əsədov bildirib ki, dövlət başçısı Artur Rasizadənin baş nazir təyin edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib. Təqdimat gündəliyə salınıb və Milli Məclis təsdiq edib.  

 Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...