Modern.az

Roma Papası Azərbaycan-Ermənistan sülh danışıqlarını DƏSTƏKLƏDİ

Roma Papası Azərbaycan-Ermənistan sülh danışıqlarını DƏSTƏKLƏDİ

Aktual

31 Mart 2024, 18:19

Roma Papası I Fransisk “Urbi et Orbi” (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyib.

 

Modern.az “Vatican News”a istinadən bildirir ki, Roma Papası Azərbaycan və Ermənistanın beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirərsə, ən qısa zamanda yekun sülh razılaşmasına nail ola biləcəyini deyib.

 

I Fransisk dünyanın digər yerlərində zorakılıq, münaqişə, qida çatışmazlığı və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkənlərin hamısının ümid yolunun açılmasını arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil