Modern.az

"Telegram"da abunəçisi çox olan kanal sahibləri pul alacaq

Aktual

1 Aprel 2024, 08:20

"Telegram" monetizasiyaya başlayıb, auditoriyası 1 mindən çox olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə messenjerin saytında bildirilib.

 

"Bu gündən etibarən 1 min və ya daha çox abunəçisi olan ictimai kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər", - deyə bildirilib.

 

Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU