Modern.az

Birinci Qarabağ müharibəsinin iştirakçısı Ali Məhkəməyə hakim təyin olunacaq

Birinci Qarabağ müharibəsinin iştirakçısı Ali Məhkəməyə hakim təyin olunacaq

1 Aprel 2024, 11:50

Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlunun Ali Məhkəməyə hakim təyin olunması təklif edilir.

 

Bu barədə Modern.az-a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu barədə Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Qeyd edək ki, uzun illər məhkəmə sahəsində çalışan T. Muxtarov həm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU