Modern.az

Apellyasiya Məhkəməsində vəzifəsindən azad ediləcək hakimlər bu vəzifəyə təyin ediləcək 

Apellyasiya Məhkəməsində vəzifəsindən azad ediləcək hakimlər bu vəzifəyə təyin ediləcək 

Aktual

1 Aprel 2024, 12:24

Təqdimata əsasən 32 nəfər hakimin müxtəlif instansiyalara təyin edilməsi ilə bağlı məsələ müzakirə olunur. Bir nəfər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd göstərilib.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçirilən iclasında səsləndirib.

 

O bildirib ki, təqdimatda 21 nəfərin instansiya məhkəməsindən apellyasiya məhkəməsinə təyinatı ilə bağlı namizədliyi irəli sürülüb.

 

“Altı nəfərin Apellyasiya Məhkəməsində vəzifəsindən azad edilərək instansiya məhkəmələrinə, iki nəfərin isə bir apellyasiya məhkəməsindən digərinə dəyişdirilməsi ilə bağlı təqdimat verilib”, - deyə Ali Məhkəmənin sədr müavini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Milli Məclisə təqdimatda 32 namizəddən 2-nin Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı məsələsi qaldırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal