Modern.az

Azərbaycan və Rumıniya arasında sənədlər imzalandı

Azərbaycan və Rumıniya arasında sənədlər imzalandı

Aktual

1 Aprel 2024, 13:12

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

 

Modern.az xəbər verir ki, sənədi komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja imzalayıb.

 

Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal