Modern.az

Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur

Aktual

2 Aprel 2024, 08:40

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün gecə saatlarından  başlayaraq Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Modern.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. 

 

“Peyk görüntülərinə əsasən  tozlu hava şəraitinə səbəb  cənub-şərq istiqamətli küləklər  vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. 

 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal