Modern.az

ABŞ emissarı Cənubi Qafqazda: Hədəfdə İrandır

ABŞ emissarı Cənubi Qafqazda: Hədəfdə İrandır

Aktual

2 Aprel 2024, 08:59

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli Cənubi Qafqazda səfərdə olub.

 

Modern.az xəbər verir ki, o, səfəri zamanı region ölkələrinin yüksək səviyyəli rəsmiləri ilə “İran rejimi, sanksiyalara əməl olunması və rejimin sabitliyi pozan davranışları ilə mübarizədə davam edən səyləri” müzakirə edib.

 

O, Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

 

Diplomat İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Milli Təhlükəsizlik Şurasının üzvləri, Mərkəzi Bank rəsmiləri, Dövlət Gəlirləri Komitəsinin rəhbərliyi ilə, Tbilisidə Gürcüstan xarici işlər nazirinin müavini Xvtisiaşvili, Milli Bankın rəhbərliyi ilə görüşlər keçirib.

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal