Modern.az

Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi

Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi

2 Aprel 2024, 10:00

Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Modern.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən QHT-lərin illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. Sözügedən təşkilatlar www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər.

Nazirlik əlavə edib ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU