Modern.az

Canlı yayımda bir yaşlı uşağına siqaret çəkdirdi, polis tədbir gördü

Canlı yayımda bir yaşlı uşağına siqaret çəkdirdi, polis tədbir gördü

2 Aprel 2024, 11:34

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.  

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili müəyyən olunaraq saxlanılıb.

 

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. 


Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU