İran prezidenti İbrahim Rəisi İsrailin bazar ertəsi İranın Suriyadakı konsulluq binasına hücumuna toxunaraq deyib ki, bu hadisə cavabsız qalmayacaq.
Modern.az xəbər verir ki, İ. Rəisi İsrailin İran konsulluğuna raket hücumunu terror cinayəti və beynəlxalq qaydaların kobud şəkildə pozması kimi qiymətləndirib.
O, İslam İnqilabının rəhbərinə, İran xalqına, SEPAH əməkdaşlarına və ölənlərin ailələrinə başsağlığı verib.
İsrail rejimi bazar ertəsi axşam İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücum edib.
Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb.Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.