Modern.az

Həbsdəki dostuna heroin keçirmək istədi, YAXALANDI

Həbsdəki dostuna heroin keçirmək istədi, YAXALANDI

2 Aprel 2024, 13:00

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU