Modern.az

ABŞ-da bir nəfər inəkdən quş qripinə yoluxdu

ABŞ-da bir nəfər inəkdən quş qripinə yoluxdu

2 Aprel 2024, 13:28

ABŞ-ın Texas ştatında bir nəfərin inəkdən H5N1 quş qripi virusuna yoluxduğu təsdiqlənib. Bu ölkədə qeydə alınan ikinci oxşar hadisədir.

 

Modern.az xəbər verir ki, ABŞ-ın səhiyyə orqanları quş qripinin amerikalılar üçün bir o qədər təhlükə yaratmadığını və infeksiyanın risk qiymətləndirməsinə təsir etmədiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-2023-cü illər arasında dünyada cəmi 248 nəfər bu virusa yoluxub, onlardan 139-u həyatını itirib.

 

Qeyd edək ki, quş qripi virusu artıq yalnız quşlarda deyil, tülkü, su samuru və ayı kimi məməlilərdə də aşkarlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU