Modern.az

Ronaldo ardıcıl ikinci matçda het-trik etdi

Ronaldo ardıcıl ikinci matçda het-trik etdi

İdman

3 Aprel 2024, 08:36

“Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı çempionatının 26-cı turu çərçivəsində səfərdə “Abha” komandasının futbolçularına 8:0 hesabı ilə qalib gəlib.

 

Modern.az-ın məlumatına görə, görüşün əsas qəhrəmanı het-trik edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo olub. O, bütün qollarını ilk hissədə vurub, fasilədə isə əvəzləndi.

 

Bu, K.Ronaldonun ölkə çempionatında ardıcıl ikinci het-trikidir. Martın 30-da o, "Əl-Tai"nin qapısına üç qol vurdu ("Əl-Nasr" 5:1 hesabı ilə qalib gəldi), hamısı ikinci hissədə vurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI