Modern.az

Bu ölkədə üç xəbər telekanalının fəaliyyəti dayandırıldı

Bu ölkədə üç xəbər telekanalının fəaliyyəti dayandırıldı

Media

3 Aprel 2024, 10:42

Sudan hökuməti xəbər yayımında peşəkar standartların və şəffaflığın olmadığını əsas gətirərək, “Al Arabiya News”, “Al Hadath TV” və “Sky News Arabia” telekanallarının ölkə daxilindəki fəaliyyətini dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, informasiya naziri Qraham Abdel-Qadir həmin üç telekanalların fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib. O, qərarın Sudan vətəndaşlarının maraqlarını və dəyərlərini qorumaq üçün verildiyini vurğulayıb.

 

Martın 29-da “Sky News Arabia” telekanalı İŞİD qruplaşması üzvlərinin Sudan Silahlı Qüvvələri ilə birlikdə döyüşlərdə iştirak etdiyinə dair video-reportaj yayımlayıb. Bu məlumat Sudan hökuməti tərəfindən təkzib edilib, Xarici İşlər Nazirliyi isə onu “qeyri-peşəkar və qərəzli” adlandırıb.

 

Xatırladaq ki, 2023-cü il aprelindən Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin son hesabatına görə, münaqişə 6,3 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. Həmçinin toqquşmalar nəticəsində təxminən 13,9 min nəfərin öldüyü bildirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?