Modern.az

Qazaxıstan Qələbə Günü münasibətilə hərbi paradı ləğv edib

Qazaxıstan Qələbə Günü münasibətilə hərbi paradı ləğv edib

3 Aprel 2024, 10:57

Qazaxıstan Müdafiə Nazirliyi bu il mayın 7-də qeyd olunan Vətənin Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. 

 

"Büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli zərurəti ilə əlaqədar olaraq 2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb", - məlumatda qeyd olunub.

 

İzah edilir ki, prioritet vəzifələr ölkə Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılmasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?