Modern.az

Ukrayna və Finlandiya təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və Finlandiya təhlükəsizlik sazişi imzalayıb

3 Aprel 2024, 15:26

Ukrayna və Finlandiya təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

“Finlandiya uzunmüddətli hərbi və maliyyə yardımı göstərəcək, həmçinin siyasi, maliyyə, humanitar və islahatlar sahələrində Ukrayna ilə əməkdaşlığı dərinləşdirəcək.

 

Ukraynaya enerji sektorunu bərpa etməyə, ətraf mühitə dəyən ziyanı qiymətləndirməyə, sərhəd və mühüm infrastrukturun mühafizəsini gücləndirməyə və Ukrayna hərbçilərinin müalicəsinə kömək edəcək”, - Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?