Modern.az

"Zirə"dən növbəti qələbə

İdman

3 Aprel 2024, 21:22

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

Modern.az xəbər verir ki, günün yeganə oyununda “Zirə” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Meydan sahiblərinin heyətində 51-ci dəqiqədə Salifu Suma və 66-cı dəqiqədə Rafael Utziq fərqlənib. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Fares Abu Akel müəyyənləşdirib.

 

Yarımfinalın ötən gün baş tutan görüşündə “Qarabağ” səfərdə “Neftçi”nin qapısından 4 cavabsız top keçirib.

 

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 24-də oynanılacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI