Modern.az

Blinkenin təyyarəsi Fransada qəzaya uğradı

Blinkenin təyyarəsi Fransada qəzaya uğradı

Aktual

3 Aprel 2024, 21:22

ABŞ dövlət katibi Antoni Blinkenin "Boeing 737" təyyarəsi Fransada qəzalı vəziyyətə düşüb.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
 

"Dövlət Departamentinin sözçüsü təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - məlumatda deyilir.


Qeyd edilib ki, Amerika nümayəndə heyəti Parisdən avtomobillə NATO-nun Brüsseldəki mənzil-qərargahına yola düşüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken sabah - 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq.
Həmin toplantıdan bir gün sonra - aprelin 5-də Brüseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU