Hindistanda 83 yaşlı Prahlad Jani adlı bir kişi 70 ildir yemək yemədiyini, su içmədiyini və yalnız meditasyon edərək yaşadığını deməsi mütəxəssisləri çaşdırıb. Bu maraqlı iddianı araşdırmaq istəyən Hindistan Müdafiə Nazirliyinin nəzdindəki Milli Fizioloji İnstitutu qocanı Əhmədabad şəhərindəki xəstəxanada nəzarətə götürüb. Janinin hər anını kamera ilə izləməyə başlayan mütəxəsisslər belə deyiblər: “100 saatdan çoxdur xəstəxanada müşahidə altındadır. İndiyə qədər nə yedi, nə içdi, nə də tualetə getdi”.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Milli Fizioloji İnstitutu tərəfindən araşdırılan bu heyrətamiz insanın təbii fəlakətlər, Ay və Marsa uzun səfərlər zamanı həyatda qalma strategiyasından istifadə edilə biləcəyi qənaətinə gəlinib.
Jani həkimlərə enerji toplamaq üçün meditasiyon etdiyini deyib. Həkimlər isə bu üsulu belə şərh ediblər: “Əsgərlərimiz meditasyon edə bilməz. Ancaq bu variantın bədənə necə təsir etməsi haqqında daha çox məlumat öyrənəcəyik. Janinin ürək və beyin fəaliyyətləri araşdırılacaq”.
Həkimlər onu da qeyd ediblər ki, bir çox insanın yemək yemədən, bədənindəki zülüldan istifadə edərək həftələrcə yaşaması mümkündür. Ancaq bir insan su içmədən 3 ya 4 gündən artıq yaşaya bilməz.
|
|