Modern.az

Milli Məclisin komitə sədri təzə nazirlərdən yazdı

Milli Məclisin komitə sədri təzə nazirlərdən yazdı

Parlament

23 Oktyabr 2013, 11:24

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbli Prezident İlham Əliyevin yeni təyanatlarını yüksək qiymətləndirib. Modern.az deputatın bununla bağlı yazısını təqdim edir.

- Azərbaycan Avropaya inteqrasiya edir və bunun bariz nümunələrindən biri də demokratik cəmiyyət quruculuğu istiqamətində aparılan uzunmüddətli və ardıcıl işlərdir. Ölkəmizdə keçirilən prezident seçkiləri ən müasir siyasi texnologiyalarla və on namizədin iştirakı ilə açıq və şəffaf baş tutdu. Qələbə qazanan, artıq and içmiş Prezidentimiz İlham Əliyev cənabları ümumxalq məhəbbətini qazandığını bir daha sübut edərək sosial dövlət quruculuğu istiqamətində apardığı 10 il müddətində gördüyü işlərə yekun vurdu və qarşıda duran yeni vəzifələri səsləndirdi. Qarşıda 5 ildə görüləcək işlər, əlbəttə hökumət və onu təşkil edəcək kadrlarla keçiriləcəkdir. Dünyəvi, müasir dövlətin ən vacib atributlarından biri olan prezidentin köhnə hökuməti buraxması və icra strukturlarının yeniləşməsi rotasiyası zamanın tələbidir.


Bu baxımdan Azərbaycan hökumətində aparılan kadr islahatı xalqın istəyincə oldu. Mən əsasən iki istiqamətə toxunmaq istəyirəm. Birinci sosial məsələ, ikincisi kənd təsərrüfatı. Sevindirici haldır ki, cəmiyyətdə nüfuz qazanan Heydər Əliyev siyasətinə sədaqətli, mütərəqqi düşüncəyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik və xalqın içindən çixan təmənnasız insan Əli Əhmədov Baş nazirin müavini oldu və sosial məsələlərə rəhbərlik edəcək. Düşünürəm ki, sosial islahatlar bir az da uğurla aparılacaq və son nəticədə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının xalqa xidmət edən uğurları daha da çoxalacaqdır.


Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə Səlim Müslümovun təyin edilməsi peşəkar və islahatçısı, kadrla əvəz edilməsi müsbət dəyişikliklərin uğurlu gözləntisidir. İqtisad elmlər doktoru, professor Səlim Müslümov Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində böyük işlər görmüş, rəhbərlik etdiyi qurum Dövlət sosial müdafiə fondu ölkədə bu sahədə ən çox uğur qazanan dövlət strukturlarından birinə çevrilmişdir. Əhalinin sosial müdafiəyə ehtiyacı olan 1milyon 300 min nəfərlə bilavasitə təmasda olan bu strukturda məmur-vətəndaş əlaqəsi tamamilə azaldılmış, sadələşdirilmişdir. Bu da öz növbəsində korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır. Ölkə idarəçiliyində ən ağır sahələrindən biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində xalq və ölkə rəhbərliyi bəzi neqativ halları görünən bu strukturda Səlim Müslümovdan çox şey gözləyir. Hesab edirəm ki, çox qısa bir müddətdə bu sahədə mütərəqqi islahatlar, uğurlu struktur dəyişiklikləri xalqın xeyrinə özünü göstərəcəkdir.



Azərbaycan kəndinin dəyişməsi hamımızın istəyidir. Səriştəli təşkilatçı İsmət Abasovun Baş nazirin bu sahə üzrə müavini vəzifəsinə irəli çəkilməsi Azərbaycan kəndinin simasının gələcəkdə daha kəskin surətdə dəyişməsindən xəbər verir. Qarşıda regionların sosial-iqtisadi inkişafının növbəti 5 il üçün proqramı hazırlanır. Bu proqramın həyata keçirilməsi kəndimizin simasının yaxşılığa doğru dəyişməsinə işləyəcək, kənd təsərrüfatı məhsullarının istehsalının kəskin surətdəartırılmasına gətirib çıxaracaqdır.


Eyni zamanda Kənd Təsərrüfatı naziri təyin olunmuş Heydər Əsədov yaradıcı adamdır, iqtisadiyyatı dərindən bilir. Heydər Əsədov bundan əvvəl maliyyə məsələlərinə nəzarət edən qurumun rəhbəri olub. Hesab edirəm ki, onun kənd təsərrüfatı sahəsinə gətirilməsi öz effektiv nəticəsini verəcək.



Hadi Rəcəbli
Milli Məclisin
Sosial Siyasət Komitəsinin sədri,
Siyasi elmlər doktoru
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...