Modern.az

Səslər yenidən sayıldı, bələdiyyə AKP-yə keçdi

Səslər yenidən sayıldı, bələdiyyə AKP-yə keçdi

4 Aprel 2024, 12:38

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində Yenidən Rifah Partiyası (YRP) namizədinin qalib gəldiyi Bitlis vilayətinin Güroymak rayonunda hakim partiyanın etirazından sonra seçki komissiyası səslərin yenidən sayılmasına qərar verib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, buna səbəb YRP namizədinin cəmi 2 səs fərqi ilə qələbə çalması olub.

 

Belə ki, seçki nəticələrinə görə, AKP namizədi Eşref Mutlu 4 290, YRP namizədi Emrullah Yıldırım 4 292 toplamışdı. Üçüncü sıradakı DEM Partiya namizədi Mehmet Şirin Üncü isə 4 206 səs yığmışdı.

 

Etirazlardan sonra seçki komissiyası 14 107 seçicinin səs verdiyi 62 seçki məntəqəsində səslərin yenidən sayılmasına qərar verib.

 

Hesablama nəticəsində AKP namizədi Mutlunun səsi 13 vahid artaraq 4 313, YRP namizədi Yıldırımın səsi 5 vahid artaraq 4 min 297, DEM Partiya namizədi Üncünün səsi isə 15 vahid artaraq 4 221 olub.

 

Bu nəticələrə görə, AKP-nin Güroymak bələdiyyəsinin sədrliyinə namizədi Eşref Mutlu qalib olub.

Bu xəbər ilə bağlı
Türkiyə seçkilərinin "sürpriz" PARTİYASI - Erbakanın "Yenidən Rifah"ı üçüncü oldu
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi