Modern.az

İran İsraili necə vuracaq?

İran İsraili necə vuracaq?

Analitika

4 Aprel 2024, 16:05

Bu sual gündəmi məşğul edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Qasım Süleymani İraqda öldürüləndə, Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı.

İsrail bir neçə gün öncə İranın Suriyadakı konsulluq binasına hava zərbəsi endirib, nəticədə 2-si general olmaqla iranın 7 zabiti həlak olub. Tehran generalların budəfəki qətlinə görə yenə intiqam vədi verib.

Modern.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu məsələyə münasibər bildirib

“İranın Süleymani nümunəsində olduğu kimi, Amerikaya əli çatmadığından birbaşa İsraili hədəf alması da problematikdir. İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşdırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər. Ayrıca, İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir».

İsrail aprelin 1-də axşam satlarında İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücum edib.

Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb.Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur