Modern.az

Neftçalada narkotacir SAXLANILDI

Neftçalada narkotacir SAXLANILDI

Aktual

5 Aprel 2024, 08:16

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Fahim Muradov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

 

F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.

 

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb. Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU