Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Modern.az xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Matçı İngiltərədən olan referi Kirsti Doul idarə edəcək.
Qrupun digər qarşılaşmasında İsveçrə və Türkiyə yığmaları üz-üzə gələcəklər. Oyunun start fiti 21:00-da çalınacaq.