Modern.az

Peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə veriləcək

Peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə veriləcək

Aktual

5 Aprel 2024, 12:24

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.

 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal