Modern.az

İrəvanda Ermənistan-Qazaxıstan biznes-forumu keçiriləcək

İrəvanda Ermənistan-Qazaxıstan biznes-forumu keçiriləcək

Aktual

5 Aprel 2024, 13:25

Aprelin 9-da İrəvanda Ermənistan-Qazaxıstan biznes-forumu keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Forumda Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan və Qazaxıstan Respublikasının ticarət və inteqrasiya naziri Arman Şakkaliev iştirak edəcək.

Ermənistan və Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, turizm və logistika ilə bağlı məsələlər müzakirə olunacaq. İki ölkənin iş adamları arasında B2B görüşləri keçiriləcək, bir sıra saziş və memorandumlar imzalanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal