Modern.az

Moskvadan Brüssel görüşünə etiraz - SƏRT BƏYANAT

Moskvadan Brüssel görüşünə etiraz - SƏRT BƏYANAT

Dünya

5 Aprel 2024, 21:40

Rusiya Ermənistan-ABŞ-Avropa İttifaqı görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndirir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

 

Bəyanatda deyilir ki, Vaşinqton və Brüssel Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, eləcə də Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışır.

 

Qeyd olunub ki, ABŞ və NATO-nun fəaliyyəti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi risklər yaradır.

 

"Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”, - bəyanatda diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular